Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısını alınıb (FOTO)


Digərləri 03 Okt 2019 10:49:00 218 0

Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısını alınıb (FOTO)

AQTA əməkdaşları Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısını alıb

Bakı. İlhamə İsabalayeva - Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Mingəçevir şəhəri Kənar küçəsi 1, ev 3 ünvanında yaşayan Həsənov Kəmaləddin Əlibarat oğluna məxsus həyatyanı sahəyə baxış keçirilib. AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zamanı vətandaş Həsənov Kəmaləddin Əlibarat oğlunun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş təxmini çəkisi 400 kq olan iki baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Heyvan cəmdəklərinə orqanoleptik baxış keçirilən zaman heyvanların qansızlaşdırılmasının düzgün aparılmadığı məlum olub. Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.