Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı keçirilir


Digərləri 03 Okt 2019 10:21:00 265 0

Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı keçirilir

Bu gün Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb.

Bakı. İlhamə İsabalayeva - Bu gün Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı öz işinə başlayıb. Trend-in məlumatına görə, konfransda Almaniya, Gürcüstan, Azərbaycan və Rusiya mütəxəssisləri iştirak edirlər. Konfransda əzələ-sinir xəstəliklərinin müasir diaqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssilər tərəfindən yeni məlumatların paylaşılması, elektromiqrafiya diaqnostik metodu üzrə təməl və təkmil səviyyələrdə nəzəri təlimin aparılması nəzərdə tutulub. Konfransın əsas istiqamətləri müxtəlif dərəcəli sinir-əzələ, genetik nevroloji patologiyaların diaqnostik meyarları, neyrofizioloji diaqnostika haqqında müzakirələr, neyrofiziologiya elmi və elektroneyromioqrafiya metoduna dair teoretik təlim və s-dir. Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib ki, nevrologiyanın öyrənilməsi universitet üçün çox vacib sahədir. Nevrologiya üzrə müalicələrdə yeni yanaşmalar nəzərə alınır.