Azərbaycanda qızlara düşən oğlanların sayı artıb


Digərləri 03 Okt 2019 10:15:00 189 0

Azərbaycanda qızlara düşən oğlanların sayı artıb

Azərbaycanda 3 il ardıcıl müşahidə edilən nisbətən azalma tempindən sonra ölkədə yenidən hər 100 yenidoğulan qıza düşən oğlanların sayı yenidən artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 1990-cı idən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

2009-cu ildən sonra bu nisbət getdikcə müsbətə doğru dəyişib. Belə ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. Lakin 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib.

Ötən il ərzində şəhər yerləri üzrə qızlara düşən oğlanların say nisbəti dəyişilməz qalsa da, kənd yerlərində artım baş verib. Ötən il şəhər yerlərində hər 100 qıza 113 (2017-ci ildə 113), kənd yerlərində 116 (2017-ci ildə 114) olub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri elan ediblər ki, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın çatışmazlığı təhlükəsi davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər.