Putin: Sanksiyaların yumşaldılması üçün heç kimə xahiş etməyəcəm


Digərləri 03 Okt 2019 10:13:00 251 0

Putin: Sanksiyaların yumşaldılması üçün heç kimə xahiş etməyəcəm

Putin Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün Qərb liderlərinə, o cümlədən ABŞ Prezidenti Donald Trampa müraciət etmək niyyətində deyil.

Bakı. Rusiyaya qarşı sanksiyaların yumşaldılması üçün Qərb liderlərinə, o cümlədən ABŞ Prezidenti Donald Trampa müraciət etmək niyyətində deyiləm. Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, sanksiyaların yumşaldılmasını xahiş etmək faydasızdır: “Mən bunun üçün heç vaxt müraciət etməmişəm və buna hazırlaşmıram. Münasibətlərin normallaşması hər iki tərəfin bu addımın səmərəsini anlamasından başlamalıdır”.