Rəmiş bu məşhur filmə çəkilibmiş


Şou-biznes 03 Okt 2019 10:02:00 279 0

Rəmiş bu məşhur filmə çəkilibmiş

Xalq artisti Rəmişin (Rafiq Hüseynov) 52 il öncə filmə çəkildiyi məlum olub.

Bu barədə ölkə.az-a danışan məşhur gitaraçı bildirib ki, 1967-ci ildə çəkilmiş "Şur" filmində fortepianoda ifa edib:

"Filmdə İslam Rzayevi müşayiət edirəm. Çox maraqlı günlər idi, film də yaxşı alınmışdı. Hamımız cavan idik".

Qeyd edək ki, sözügedən ekran işinin rejissoru Arif Qazıyev, operatoru Rasim Ocaqovdur.