“Biznesin inkişafı üçün alternativ maliyyə alətləri” adlı konfrans keçirilib (FOTO)


Digərləri 03 Okt 2019 10:03:00 219 0

“Biznesin inkişafı üçün alternativ maliyyə alətləri” adlı konfrans keçirilib (FOTO)

“PAŞA Bank “Deloitte Azerbaijan” ilə tərəfdaşlıq çərçivəsində sahibkarlar üçün “Biznesin inkişafı üçün alternativ maliyyə alətləri” adlı konfrans keçirib

Bakı. Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank “Deloitte Azərbaycan” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli sahibkarlar üçün "Biznesin inkişafı üçün alternativ maliyyə alətləri" mövzusunda konfrans keçirib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən PAŞA Bankın İnvestisiya Bankçılığı şöbəsinin rəhbəri Ruslan Xəlilov Azərbaycan borc kapitalı bazarının hazırkı inkişaf mərhələsi, eyni zamanda sindikatlaşdırılmış maliyyələşmə və digər borc maliyyələşdirilməsi alətlərinin iş prinsipləri və tətbiqetmə mexanizmləri haqqında ətraflı məlumat verib. Bankın mütəxəssisi kredit reytinqinin təyin olunması, istiqrazların emissiyası və s. mövzulara toxunaraq sahibkarların suallarına ətraflı cavab verib. “Deloitte MDB” üzrə Maliyyə xidmətləri sektorunun rəhbəri Yekaterina Trofimova və Maliyyə məsləhəti xidmətləri üzrə idarəedici partnyoru Aleksandr Sokolov tədbirdə çıxış edərək maliyyə resurslarının cəlb edilməsi ilə bağlı MDB regionundakı mövcud təcrübələri ilə bölüşdülər. “Deloitte Azərbaycan”ın idarəedici partnyoru Nuran Kərimov təqdimatında istiqrazlar və sindikatlaşdırılmış kreditlərin vergi aspektlərini işiqlandırdı. Həmçinin, hüquq üzrə menecer Əminə Baxşıyeva bu mövzuda hüquqi aspektlər barədə məlumat verdi.