Azərbaycan məhsulları Almaniyada nümayiş olunacaq


Digərləri 03 Okt 2019 10:09:36 200 0

Azərbaycan məhsulları  Almaniyada nümayiş olunacaq

5-9 oktyabr tarixlərində Almaniyanın Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisi keçiriləcək.

Bakı. 5-9 oktyabr tarixlərində Almaniyanın Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisi keçiriləcək. İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, sərgidə Azərbaycan qida sənayesi məhsulları istehsalı ilə məşğul olan 18 yerli şirkətlə təmsil olunacaq. Qeyd edək ki, “Anuga 2019” dünyanın ən böyük ərzaq sərgilərindəndir. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər təmsil olunur.