"Qarabağ"ın rəsmisinə beynəlxalq təşkilatda yüksək vəzifə verildi


Digərləri 03 Okt 2019 09:56:56 219 0

"Qarabağ"ın rəsmisinə beynəlxalq təşkilatda yüksək vəzifə verildi

"Qarabağ" klubunun baş meneceri Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.

Bakı. Ceyhun Ələkbərov - "Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib. Trend-in məlumatına görə, bu barədə klubun rəsmi səhifəsində deyilir. Qeyd olunur ki, baş menecer "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. Asif Əsgərov bu qrupda "Tottenham", "Arsenal", "Ayaks", "Zalsburq", "Yuventus", "Barselona" və "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.