Sürücülük vəsiqələri smartfonlarda olacaq


Digərləri 03 Okt 2019 09:47:00 248 0

Sürücülük vəsiqələri smartfonlarda olacaq

Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir

Bakı. Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir. Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Avtomobil Müfəttişliyinin rəhbəri Mixail Çernikov deyib. O bildirib ki, təşəbbüsə əsasən, sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb. Qeyd olunur ki, elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq.