Akdoğan Ərdoğanın müşaviri oldu


Dünya 03 Okt 2019 08:43:00 211 0

Akdoğan Ərdoğanın müşaviri oldu

Yalçın Akdoğan Türkiyənin hakim "Ədalət və İnkişaf Partiyasının" sədrinin müşaviri təyin edilib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq açıqlamanı sosial şəbəkədəki səhifəsində partiyanın baş katibi Fatih Şahin verib.

F.Şahin qeyd edib ki, partiyanın Ankaradakı millət vəkili Yalçın Akdoğan "partiya sədrinin müşaviri" təyin olunub.

Baş katib Akdoğanı təbrik edib və bu təyinatın partiyaya xeyir verəcəyinə dair ümidvar olduğunu bildirib.