Çin Aya uçmaq üçün yeni kosmik gəmi hazırlayır


Digərləri 03 Okt 2019 08:58:01 254 0

Çin Aya uçmaq üçün yeni kosmik gəmi hazırlayır

Çində Aya və uzaq kosmosa uçuşlar üçün nəzərdə tutulmuş yeni nəsil kosmik gəmi hazırlanır

Bakı. Çində Aya və uzaq kosmosa uçuşlar üçün nəzərdə tutulmuş yeni nəsil kosmik gəmi hazırlanır. Trend-in məlumatına görə, bu barədə Space.com internet portalı bildirib. Məlumata əsasən, hələ rəsmi bir ad almamış yeni gəmi iki seqmentdən - heyət üçün təkrar istifadə edilə bilən moduldan və enerji modulundan ibarət olacaqdır. Gəminin uzunluğu 9 metrə çatır, işə düşən kütləsi isə 20 tondur.