Haker iOS 13.1.1 əməliyyat sistemini 2 saniyəyə hack edib


Digərləri 03 Okt 2019 08:25:00 244 0

Haker iOS 13.1.1 əməliyyat sistemini 2 saniyəyə hack edib

Keçən həftə axi0mx ləqəbli hacker iOS əməliyyat sisteminin yeni versiyası üçün nəzərdə tutulmuş işlək jailbreak-i təqdim edəcəyini söz vermişdi. İndi isə həmin hacker öz tədqiqatının nəticələrini təqdim edib. Məlum olub ki, Apple şirkətinin dəfələrlə etibarlı və dözümlü kimi qələmə verdiyi tamamilə yeni iOS 13.1.1 əməliyyat sistemi hack prosesinə qarşı dözümlü ola bilməyib. Bu barədə 9o5mac saytı xəbər verib..

Son.az technote.az-a istinadən bildirir ki, hackerin verdiyi məlumata əsasən smartfonun DFU servis rejiminə keçirilməsindən 2 saniyə sonra checkm8 adlı proqram aləti avtomatik şəkildə jailbreak-i işə salır. Prosesin sona çatmasından sonra App Store online mağazasının qanunlarından yan keçən tətbiqlərin smartfona yazılması üçün ondan bütün iOS məhdudlaşdırıcıları aradan qaldırılır. Təkmilləşdirilmiş jailbreak versiyasının daha bir özəlliyi də ondan ibarətdir ki, o, əməliyyat sisteminin və onun interfeysinin təkmilləşdirilməsi üçün tweak-lərin yazılmasını mümkün edir.

Test platforması kimi hacker tərəfindən A11 prosessoruna sahib iPhone X modeli istifadə edilib. Hackerin verdiyi məlumata əsasən bu sistem boşluğunu aradan qaldırmaq üçün proqram patch-ı yaratmaq mümkün deyil. Belə ki, sözügedən boşluq smartfonun aparat təminatı boşluğundan istifadə edir. Bu jailbreak versiyasının quraşdırıldığı iPhone modelinin hər dəfəsində yenidən işə salınması zamanı jailbreak versiyasını yenidən smartfona quraşdırmaq lazım olur.

(adsgarden = window.adsgarden || []).push({});