iPhonelarda alma loqoları işıq saçacaq?


Digərləri 03 Okt 2019 08:05:00 270 0

iPhonelarda alma loqoları işıq saçacaq?

Apple şirkətinin əldə etdiyi yeni patentə əsasən şirkət gələcək iPhone modellərinin arxa panellərindəki alma loqolarına işıqlanma özəlliyini əlavə edəcək. Bu barədə Gagadget saytı xəbər verib. Patentə əsasən gələcək iPhone modelindəki alma loqosu diod işıqları əldə edəcək və müxtəlif rənglərdə işıq saçacaq. İstifadəçilər isə loqonun hansı rəngdə işıqlanacağını və nə zaman işıqlanacağını özləri ayarlaya biləcəklər.

Son.az technote.az-a istinadən bildirir ki, loqonun işıqlanması vasitəsilə smartfon istifadəçiyə xəbər verə bilər ki, yeni daxil olan mesaj, bildiriş və ya buraxılmış zəng var. Smartfonun ayarlarında isə loqonun işıqlanma rəngini smartfon gövdəsi ilə eyni rəngdə etməklə bu cür bildirişləri gizlətmək olacaq. Qeyd etmək lazımdır ki, bu sadəcə olaraq patentdir və Apple şirkətinin onu öz məhsullarında reallaşdıracağı dəqiq deyil. Lakin bu ideya yeni bir ideya deyil. Belə ki, keçmiş MacBook modelləri uzun illər ərzində işıq saçan loqoya sahib olublar.

(adsgarden = window.adsgarden || []).push({});