Türkiyə SQ İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib


Dünya 03 Okt 2019 07:45:00 233 0

Türkiyə SQ İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və Silahlı Qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular İraqın şimalındakı Qara rayonunda həyata keçirilən hava əməliyyatı zamanı zərərsizləşdirilib.

Hava əməliyyatları zamanı zərərsizləşdirilən terrorçuların sayının 17-ə çatdığı qeyd olunur