Bakıda kommunal tipli binada yanğın olub


Digərləri 03 Okt 2019 00:18:33 356 0

Bakıda kommunal tipli binada yanğın olub

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 20 m² sahədə yanıb, ümumi sahəsi 25 m² olan digər mənzilin taxtadan ibarət tavanı 15 m² sahədə qarsalanıb. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.