Heyvanın bimədiyimiz faydaları 1001 dərdin dərmanıdır


Digərləri 02 Okt 2019 23:30:00 393 0

Heyvanın bimədiyimiz faydaları  1001 dərdin dərmanıdır

Payız meyvələrindən olan heyva ləzzətli olmaqla yanaşı vitamin və minerallarla da zəngindir. Heyva orqanizmimizə və gözəlliyimizə faydalıdır.

Heyvanın toxluq müddətini uzatmaq, saçları gücləndirmək, mədə-bağırsaq xəstəliklərindən qorumaq, dərini təravətli saxlamaq və.s faydaları var. 100 qram heyvanın cəmi 40 kalorisi var. Heyvanın yarpağında fenolun miqdarı çoxdur. Bu səbəbdən də heyva yarpağını qurudub qış aylarında çay kimi içmək çox faydalıdır. A və B vitaminləri ilə zəngindir. Şəkər miqdarı olduqca aşağı olan bu meyvə eyni zamanda insanı rahatlaşdırmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.

Son.az medicina.az-a istinadən heyvanın bilmədiyiniz digər faydalarını təqdim edir:    

Arıqlamağa faydalıdır Heyva qanda şəkərin miqdarını çox sürətlə artırmır. Yəni diabetdən əziyyət çəkir və pəhrizdəsinizsə, rahatlıqla heyva yeyə bilərsiniz.Bundan başqa heyva toxluq hissini uzadır və bu da arıqlamağa kömək edir. Pəhrizdə şirniyyata alternativ kimi heyvanı qaynadıb, ya da buxarda bişirib yemək olar.

İmmunitet sistemini gücləndirir Heyvanın tərkibindəki C vitamini və fito kimyəvi maddələr immun sistemini gücləndirir. Heyva orqanizmi virus, bakteriyalara qarşı qoruyur.

Saçların uzanmasına kömək edir Heyvanın tərkibi dəmir, sink kimi minerallarla zəngindir. Bu isə qan dövranını artırır, saçın dibinə bol oksigen daşınmasına kömək edir.

Dərini təravətli saxlayır Heyvanın tərkibindəki dəmir, mis və sink kimi minerallar qırmızı qan hüceyrələrinin çoxalmasına kömək edir. Qırmızı qan hüceyrələri bölünüb çoxaldıqca qan dövranı zamanı daşınan oksigen miqdarını artırır. Bu da dəriyə faydalıdır.

Xərçəng riskini azaldır Tərkibi antioksidantlarla zəngin olan heyva polifenol(cücərtmə prosesi) vasitəsilə orqanizmi sərbəst radikallara qarşı qoruyur, xərçəng riskini azaldır.

Ürək-damar sağlamlığı Heyvanın tərkibində potasiumun miqdarı çoxdur. Bu isə yüksək qan təzyiqini aşağı salır. Bundan başqa heyvanın tərkibindəki pektin maddəsi də xolesterolu azaldır.

(adsgarden = window.adsgarden || []).push({});