Traktorla "VAZ2106" toqquşdu, yaralı var


Digərləri 02 Okt 2019 23:10:00 312 0

Traktorla "VAZ2106" toqquşdu, yaralı var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb. Traktorla "VAZ-2106" markalı minik avtomobilinin toqquşması nəticəsində rayonun Axtaçı kənd sakini, 1938-ci il təvəllüdlü Hümmətova Güləndər Əkbər qızı müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğun bildiriblər. 

Faktla bağlı araşdırma aparılır.