Dünyanın ağacda yetişən ən böyük meyvəsi Jackfruit FAYDALARI


Digərləri 02 Okt 2019 23:09:00 320 1

Dünyanın ağacda yetişən ən böyük meyvəsi  Jackfruit  FAYDALARI

Cənub-Şərqi Asiyanın Kerala, Qərbi Benqal, Karnataka, Maharastra sahillərində yetişən Juckfruitin vətəni Hindistan yarmadası və İndoneziya sayılır. Əncir və tutkimilər sinfinə daxil olan bu qeyri-adi meyvə yağışlı və rütubətli meşələrdə öz-özünə yetişir.

Hündürlüyü 15 metr, diametri isə 1.20 metrə qədər çata bilİr. Bu xüsusiyyətinə görə dünyanın ağacda böyüyən ən böyük meyvəsi adıyla Təbiət elmləri ədəbiyyatına daxil edilmişdir.

100 qramı 95 kaloridir, ləti və yağı boldur, çəkisi 50 kq-dır. Ömrü isə nə az, nə çox 100 ildir. Dadı ananas, banan, manqo meyvələrinin qarışımını xatırladan Jackfruit daxilində kiçik hissələrə ayrılır və dünya bazarına bu şəkildə çıxarılır. Yeməklərə və salatlara qatılır. Eyni zamanda dərman hazırlanmasında da geniş şəkildə istifadə edilir.

Son.az medicina.az-a istinadən bu maraqlı meyvənin orqanizmə faydalarını təqdim edir

(adsgarden = window.adsgarden || []).push({});