Allahın Rəhman sifəti ilə Rəhim sifətinin fərqi


Digərləri 02 Okt 2019 22:44:00 250 0

Allahın Rəhman sifəti ilə Rəhim sifətinin fərqi

İmam Sadiq (ə) buyurur: "Allah hər bir şeyin Allahıdır. Rəhmaniyyəti bütün məxluqlar üçündür. Rəhimiyyəti isə möminlərə məxsusdur".

Təfsirçilərin nəzərinə görə, Rəhman sifəti ümumi sifətdir ki, Allahın bütün məxluqlarına şamil etdiyi rəhmətdir. Bütün hər kəsə şamil olur - istər dost olsun, istər düşmən. İstər mömin olsun, istərsə də kafir.

Allahın bu rəhmət yağışı hamını sirab edər və heç kəs üçün istisna deyildir. İnsanların hamısı İlahi nemətdən bəhrələnir və ruzilərini yeyirlər. Bu, həmin ümumi rəhmətdir ki, Rəhman sifətinə nisbət verilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq Rəhim sifəti xüsusi insanlara şamil edilir. Xüsusilə də saleh və müti bəndələrə. Və günahkarlar və xəbis insanlar bu nemətdən məhrum qalarlar.

Ayətullah Seyyid Sadiq Ruhani buyurur: "Məsumlar (ə) tərəfindən bu barədə nəql olunan hədislərdən belə nəticəyə gəlmək olur ki, Allahın Rəhman sifəti hamıya şamil olar. İstər mömin olsun, istərsə də kafir.

Ancaq Rəhim sifəti xüsusi İlahi rəhmətdir ki, sadəcə möminlərə aid edilir. Bu həqiqət həm dünyada və həm də axirətdə davam edir. Duaların bəzisində bu həqiqətə işarə edilmişdir".

(adsgarden = window.adsgarden || []).push({});