Fitnesin sağlamlığa faydaları ARAŞDIRMA


Digərləri 02 Okt 2019 22:15:00 308 0

Fitnesin sağlamlığa faydaları  ARAŞDIRMA

Çoxları düşünür ki, fitnes yalnız artıq çəkidən azad olmaq üçün vasitədir. Lakin fitnes həm də sağlamlığı qorumaq və insanların özlərini daha yaxşı hiss etmələri üçün əla seçimdir. Davamlı fitneslə məşğul olan şəxslər özlərini daha yaxşı hiss edir, çox yaşayır və daha effektiv işləmək gücü əldə edirlər.

Son.az medicina.az-a istinadən fitnesin faydalarını təqdim edir:

- İllərlə piy və əzələ kütləsi arasında nisbət dəyişir. Piy kütləsi aktiv əzələ kütləsini geridə qoyur. Orta fiziki yüksüz, 60 yaşa çatdıqda 30% əzələ gücünü itirmək mümkündür. 

- Gündəlik idmanla məşğul olan insanlar arasında keçirirlən sorğuya əsasən məlum olmuşdur ki, onlar, özləri və güclərinə daha çox əmin olduğundan, stress və depressiya halları ilə daha az rastlaşırlar.

- Orqanizm üçün çox vacib sayılan maddələr mübadiləsi idmanla məşğul olduqda yaxşılaşaraq, immun sistemini gücləndirir, bu isə qrip və soyuqdəymə ilə mübarizədə kömək edir. 

- Oturaq həyat tərzi sürən və az hərəkətdə olan insanlar daim yuxu problemləri ilə üzləşirlər,yuxusuzluqdan əziyyət çəkirlər. Bunun isə sağlamlığa nə qədər ziyan olduğunu bilirik.

- Gündəlik fiziki yükün yoxluğu (hipodinamiya), ürək-damar siteminin xəstəlikləri təhlükəsinin əsas faktorlarından sayılır.   - Fiziki məşğələlər həmçinin beynin aktivliyini və sevinc hormonu olan "serotonin"in istehsalını artırır. Bu isə yaxşı əhval və beyin aydınlığına səbəb olur. 

(adsgarden = window.adsgarden || []).push({});