Ərşi kim daşıyır? Ərşi daşımaq nə deməkdir?


Digərləri 02 Okt 2019 21:35:00 288 1

Ərşi kim daşıyır? Ərşi daşımaq nə deməkdir?

"Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə(yaxud səmadakıların başları üstündə) tutarlar". ("Haqqə" 17).

Hədislərimizdə dörd və ya səkkiz nəfər mələyin ərşi həml etdiyi bəyan olunur. Onlardan biri də İsrafildir. Ayənin zahirindən belə nəticə çıxartmaq olar ki, ərşi həml edənlər - mələklərdirlər. Ancaq aydın deyildir ki, səkkiz mələkdir, yoxsa səkkiz dəstə mələkdir. Hədislərimiz buyurur ki, hal-hazırda Allahın əşrini dörd mələk həml edir, ancaq Qiyamət günü onların sayı ikiqat artacaqdır.

Belə ki, Peyğəmbərdən (s) oxuyuruq ki, buyurur: "Onlar bu gün dörd nəfərdirlər və Qiyamət günü onları başqa dörd nəfərlə gücləndirər, səkkiz nəfər olarlar". (Tebyan)

Həzrət Peyğəmbər (s) buyurur: "Mən Allah Təalanın məxluqlarının seyyidiyəm. Mən Cəbrayildən (ə), İsrafildən (ə), Mikayildən (ə) və Allahın ərşini həml edən mələklərdən və bütün yaxın mələklərdən üstünəm".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsulallah (s) başqa yerdə buyurur ki, İsrafil (ə) və Cəbrayil (ə) üstünlükləri barədə danışırlar. İsrafil (ə) deyir ki, "...Allahın ərşini həml edən mələklər mənim nəzarətim altındadır, sur sahibiyəm, Allaha ən yaxın mələyəm!". Cəbrayil (ə) isə deyir ki "...Mən Allah vəhyinin peyğəmbərlərə əminiyəm. Allahın həlak etdiyi hər ümmət mənim əlimlə həlak olmuşdur". Xitab gəlir: "Sakit olun! Öz izzət və cəlalıma and olsun ki, elə insanlar xəlq etmişəm ki, sizdən üstündürlər". Sonra qüdrət hicabı aradan qaldırıldı, gördülər ki, ərşin gövdəsində yazılmışdır:

"لا اله الا الله ، محمد رسول الله ، على و فاطمة و الحسن والحسین خیر خلق الله" ("Allahdan başqa İlahi yoxdur. Həzrət Muhəmməd (s) - Allahın rəsuludur. Həzrət Əli (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (s) və İmam Hüseyn (ə) - Allahın yaratdıqlarının ən üstünləridir").

Qurani-Kərimdə buyurulur: "(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz)". ("Naziat" 5).

Hədislərdə oxuyuruq ki, Cəbrayil (ə) İlahi vəhy üçün vəzifələndirilmişdir. Küləklər, ordular, yağış, bitkilər Mikayilin (ə) vəzifəsinə daxildir. İsrafil (ə) Allahın əmrlərini onlara çatdırar və Əzrayil (ə) canları almaqla vəzifələndirilmişdir. Sur çalmaq - İsrafilin (ə) ən böyük vəzifəsidir. O, iki dəfə su çalacaqdır və birinci dəfə bütün canlılar məhv olacaq və ikinci dəfə çalanda Qiyamət bərpa olacaq və hamı diriləcəkdir.

(adsgarden = window.adsgarden || []).push({});