Allah niyə günah etməyin qarşısını almır?


Digərləri 02 Okt 2019 20:55:00 256 0

Allah niyə günah etməyin qarşısını almır?

Allah Təalanın ümumi rəhməti günahkara da şamil olar. Lakin bu, o mənada deyildir ki, Allah-Təala günah etməklərinə razıdır. Allah günah etmək üçün izn vermişdir, lakin o demək deyildir ki, ona razıdır. Əgər izn verməsəydi, insan günah işlədə bilməzdi. Çünki, bu ümumi rəhmətdir. Bu dünya - imtahan dünyasıdır. Əgər insan günah etmək imkanından məhrum olsaydı, imtahan baş tutmaz, yaxşı pisdən seçilməzdi. Allah Təala qanunlar müəyyən edib, qadağalar qoyub və insanın öz əlindədir, bu haramları edəcək, yoxsa kamillik yolunu seçəcək?

Son.az deyerler.org-a istinadən bildirir ki, Pərvərdigarımız Allah - Rəhman və Rəhimdir. Hər birimiz İlahi rəhmətə möhtacıq və hər bir işimiz ondan asılıdır. İstər körpə olaq, istər cavan və ya qoca. Heç bir zaman rəhmətdən ehtiyacsız olmarıq.

"Şübhəsiz, bütün qüdrət və qələbə Allahın əlindədir. Odur eşidən və bilən!". ("Yunus" 65).

İnsan əgər Allah Təalanın bəndəsi olmaq məqamında qərar tutarsa, tufanlar mömini yerindən tərpədə bilməz. Çünki bəndədir və Allah Təalanın əbdidir ki, ubudiyyət məqamına çatmışdır.

Qiyamətdə o böyük zəlzələdə hamı iztirab içində olacaqdır, mömin bəndələrdən başqa. "Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar". ("Nəml" 89).

Boyun əymək - hələ ubudiyyət deyildir. Ubudiyyət odur ki, insan özünü görməz, ancaq Onu görər və bu zaman Onun izzəti insana təsir qoyar və izzət nuru insanı aydınlandırar."Halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər". ("Münafiqun" 8).

İmam Əli (ə) buyurur: "Bütün insanlar mənim ətrafımda toplaşsa, mənim izzətimə bir şey əlavə olmaz. Ətrafımdan dağılsalar, mən heç bir zaman tənhalıq hiss etmərəm. Onların dağılmağına görə məndə dəhşət hissi yaranmaz. Bütün insanlar məni düşmənlə tək qoysalar, zillət hiss etmərəm". Niyə? İmam (ə) özü bu suala belə cavab verir: "O kəs ki, Allaha etimad edərək izzətə çatar". Yəni bu insan üçün kainata gələnlər və gedənlər mühüm deyildir, onun üçün Allah əzizdir.

(adsgarden = window.adsgarden || []).push({});