İnsanlarda qədim varlıqların orqanları tapılıb


Dünya 02 Okt 2019 19:56:00 301 0

İnsanlarda qədim varlıqların orqanları tapılıb

ABŞ-ın Hovard Universitetinin təkamülçü bioloqları bir çox heyvanların ətraflarında olan, lakin yetkinlərdə olmayan atavist əzələlərin insan embrionunun inkişafı zamanı ortaya çıxdığını və itdiyini iddia edir. Bu əzələlər yüz milyon il əvvəl yaşamış insan əcdadlarında yoxa çıxıb. 

Son.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Elm adamları hamiləliyin yeddinci həftəsində insan dölünün qollarında və ayaqlarında 30 əzələnin olduğunu, bunların üçdə birinin 13 həftədən sonra yox olduğu və ya bir-biri ilə birləşdiyini söyləyir.

Yalnız fetal inkişaf zamanı yaranan qarın əzələlərindən bəzilərinin izahı verilə bilmir. Bundan əlavə, atavizmlərin embrionun 11.5 həftəlik dövründə rudimentar strukturlarının görünməsi də qeyri-adidir.

(adsgarden = window.adsgarden || []).push({});