İlahi ərş deyildikdə, nə nəzərdə tutulur?


Digərləri 02 Okt 2019 19:40:00 301 0

İlahi ərş deyildikdə, nə nəzərdə tutulur?

Ərş sözünün lüğətdəki mənası taxt, məqamdır. Tavanı olan hər şeyə şamil olunur. Ancaq o zaman ki, söhbət İlahi ərşdən gedir, Allahın hökumət etdiyi məkan nəzərdə tutulur.

Müxtəlif din və əqidələrin nəzərinə görə, İlahi ərş - göyün yeddinci qatından yüksəkdə yerləşir. Məsumlarımız (ə) İlahi ərş barəsində çox sayda hədis söyləmişdilər. Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, ərş elə bir yerdir ki, səmanın ən yüksək nöqtəsində qərar tutur.

Onu həml edən mələklər vardır. Üzərində isə yazılmışdır: "Lə iləhə illəllah, Muhəmmədən (s) Rəsulallah, Əli (ə) - əmirəl-möminin".

Həzrət Peyğəmbər (s) meraca getdiyi səfərdən danışarkən buyurmuşdur ki, Məsum İmamların (ə) ərşin sağ tərəfində əyləşdiyini görmüşdür, Allah onları həmin yerdə qərar vermişdir. Həzrətin (s) sözlərinə görə, ərş - çox böyük və əzəmətli yerdir. Sütunlarının arasında olan fasilə o qədər böyükdür ki, quşlar bir sütundan başqasına çatmaq üçün bir il uçarlar.

Başqa hədisdə oxuyuruq ki, İlahi ərş nura boyanar və heç kəs bu nura görə ora baxa bilməz.

İmam Rza (ə) buyurur ki, İlahi ərş, mələklər və su - bütün varlıq aləmi xəlq olmazdan əvvəl xəlq olmuşdur.

Xristian dininin nəzərinə görə İlahi ərş - behiştdir.

(adsgarden = window.adsgarden || []).push({});