Qadının sevgilisindən ŞOK ƏMƏL:


Dünya 02 Okt 2019 19:24:00 259 0

Qadının sevgilisindən ŞOK ƏMƏL:

Türkiyənin Beyaz TV kanalında yayımlanan canlı yayıma telefonla qoşulan qadın evli bir adamla illərdir birlikdə olduğunu, hətta onların bütün qohumlarıyla tanış olduğunu bildirib. 

Son.az Haberler-ə istinadən xəbər verir ki, evli kişi ilə dini nikahı olduğunu deyən qadın tamaşaçı  yaşadıqlarını gözyaşları içində danışıb:

"Evli adamla birlikdəyəm və aldadıldığımı illər sonra bildim. Tərk edə bilmirəm, çünki məni buraxmır. Evim vardı, evimi banka qoydu. Bütün çevrəsi və dostları ilə məni tanış etdi. Arvadının qohumları ilə belə məni tanış etdi. Arvadının qardaşı elə mənə "yengə" deyərək evimdə qalırdı. Birlikdə olduğum kişiyə 'Ya məni bitir, ya onu bitir" deyirəm. Bu hadisə mənim həm vicdanımı həm insanlığımı narahat edir.

Arvadı da bunu bilir. O qadının da uşaqlarına görə bu zülmə qatlandığını düşünürəm. 5 ildir ərinin həyatında olduğumu bilir. Birlikdə olduğum adam məni təhdid edir, mən də onu təhdid edirəm. O mənə "Səni sevirəm, nəfəs aldığım müddət mənim həyatımda olacaqsan" deyir. Mən uşaqları olduğu üçün boşanmaqlarını istəmirəm. Çevrəmdən, ailəmdən qaçaq düşmüşəm, intiharın astanasındayam".