Amerikalı konqresmen Xankəndinə səfər etdi


Siyasət 02 Okt 2019 18:28:00 224 0

Amerikalı konqresmen Xankəndinə səfər etdi

Amerikalı konqresmen Frenk Palloun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki,  Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisində səfərdə olan ABŞ konqresinin üzvü Frenk Palloun separtaçı rejimdə bir sıra görüşlər keçirməklə yanaşı, Xankəndində "Adventist Health Glendele" tibb mərkəzinin fəaliyyəti ilə tanış olub.

O, eyni zamanda "The HALO Trust" təşkilatının ofisində olaraq, onun proqramları ilə maraqlanıb. Onu da xatırlatmaq yerinə düşər ki, ABŞ-a məxsus olan bu təşkilat  işğal olunmuş ərazilərdə minaların təmizlənməsi ilə  bərabər separataçı rejimə hərtərəfli dəstək verən qeyri-hökumət təşkilatıdır. Amerikalı konqresmenin Xankəndinə səfəri  Kerolayn Koks adına reablitasiya mərkəzinə baş çəkməklə bitib.