Kventin Tarantino İkinci Dünya müharibəsi veteranı haqqında kitab yazır


Digərləri 02 Okt 2019 19:15:00 286 0

Kventin Tarantino İkinci Dünya müharibəsi veteranı haqqında kitab yazır

Hollivud rejissoru Kventin Tarantino İkinci Dünya müharibəsi veteranı haqqında roman yazır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, rejissor bunu Amerika Rejissorlar Gildiyası jurnalının yeni nömrəsi üçün Martin Skorseze ilə söhbətində açıqlayıb.

Rejissor deyib: "Hazırda mən kitab yazıram. Kitabın baş qəhrəmanı İkinci Dünya müharibəsində iştirak edib və çoxlu qan-qada görüb".

O əlavə edib ki, kitabda hadisələr 1950-ci illərdə cərəyan edir. Onun kitabının qəhrəmanı Kurosava və Fellini filmlərinin fanatına çevrilir.

(adsgarden = window.adsgarden || []).push({});