Qa­zaxda eksko­vato­r atə­şə tutul­ub - Sürücü yaralanıb


Digərləri 02 Okt 2019 19:14:00 229 0

Qa­zaxda eksko­vato­r atə­şə tutul­ub - Sürücü yaralanıb

“Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.

Bakı. Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir. Döv­lət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­muşdur. Nə­­ti­cə­də ekskovatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası al­mış­dır. Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyəsi təmin olunmuş, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün ol­­ma­­mış­dır.