Ərdoğanın bəyanatına Rusiyadan


Dünya 02 Okt 2019 19:01:00 250 0

Ərdoğanın bəyanatına Rusiyadan

Türkiyənin özünü qorumaq haqqı var, amma Suriyanın ərazi bütövlüyü müdafiə olunmalıdır.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu bəyanatla Kremlin sözçüsü Dmitri Peskov çıxış edib.

Peskov Türkiyənin Suriya ərazilərində gözlənilən əməliyyatı haqqında danışarkən Rusiya lideri Putinin dəfələrlə işlətdiyi "Türkiyənin öz sərhədlərini qorumaq haqqı var" sözlərini xatırladıb və əlavə edib ki, Suriyanın ərazi bütövlüyü də dəstəklənməlidir.

Xatırladaq ki, dünən Türkiyə Prezidenti Ərdoğan Böyük Millət Məclisində çıxışı zamanı bəyan etmişdi ki, ABŞ-a təhlükəsizlik bölgə üçün iki həftə vaxt veriblər, ancaq bu müddət içərisində arzu edilən nəticələr əldə edilməyib.