Gəncədə məktəbli qızları maşın vurdu


Digərləri 02 Okt 2019 19:05:00 224 0

Gəncədə məktəbli qızları maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini Cəlal Mehdiyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Nəbiyeva Sevinc Ruslan qızını vurub. S.Nəbiyeva zərbənin təsirindən yolu keçən digər piyada, 14 yaşlı Vüsalə Yusifovaya çırpılıb. Hər iki piyada xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Piyadaların məktəbli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.