Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gedib FOTO


Siyasət 02 Okt 2019 18:36:00 270 0

Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gedib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşıladılar.