11 yaşında İsveçə qaçdı, 2 il gizləndi və sonra nazir oldu


Digərləri 02 Okt 2019 18:13:00 239 0

11 yaşında İsveçə qaçdı, 2 il gizləndi və sonra nazir oldu

İranlı Ərdalan Şəkərabi İsveçin yeni Sosial Təhlükəsizlik naziri təyin edilib.

Son.az xəbər verir ki, Şəkərabi 1989-cu ildə 11 yaşında ikən anası ilə birlikdə İsveçə qaçqın kimi gedib. Dövlətdən sığınacaq istəsə də, rədd cavabı alıb və 2 il gizlənmək məcburiyyətində qalıb.

Partiya karyerasına 1993-cü ildə 15 yaşındaykən başlayan Ərdalan sürətlə yüksəlib, 2003-cü ildə Konqresdə ilk qaçqın əsilli və ilk müsəlman olaraq SSU-nun prezidenti seçilib.

2014-cü ildə isə 35 yaşında ikən qaçqın kimi gəldiyi ölkənin Humanitar İşlər naziri seçilərək hər kəsi təəccübləndirmişdi. 5 ildir ardıcıl nazir postunda əyləşən Şəkərabi Demokratlar Partiyasının rəhbəri Lövfendən sonra partiya sədri və İsveçin ilk qaçqın və müsəlman baş naziri seçiləcəyi iddia edilir.

(adsgarden = window.adsgarden || []).push({});