“ABŞ dollardan siyasi silah kimi istifadə edir”


Dünya 02 Okt 2019 18:20:00 240 0

“ABŞ dollardan siyasi silah kimi istifadə edir”

ABŞ dollardan siyasi silah kimi istifadə etməyə çalışır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada Rusiya Enerji Həftəsi (REN) forumunun iclasında çıxışı zamanı bildirib.

"Hesab edirəm ki, bu, daha bir böyük siyasi səhvdir, çünki dolların dünyada çox böyük bir etimadı var idi. Demək olar ki, dünyada yeganə universal valyuta idi. Nədənsə ABŞ dollar ödənişlərindən siyasi mübarizənin aləti olaraq istifadə etməyə, dolların istifadəsinə məhdudiyyətlər tətbiq etməyə başladı. Öz əlləri ilə oturduqları budağı kəsməyə başladılar. Tezliklə onlar çökəcəklər", -deyə Putin vurğulayıb.

Putin qeyd edib ki, beynəlxalq dünya təşkilatları, dünya ölkələrinin qızıl və valyuta ehtiyatları dollardan istifadəni azaldıb: 

"ABŞ müttəfiqləri də daxil olmaqla dünyanın bir çox dövlətində dollar ehtiyat valyuta kimi kiçilir. Və dünyada onun ticarət qiymətləri düşür: 50 faizdən çox idi, indi 45-dir".