Bu ölkədə üzərində brilyant daş olan sikkələr buraxılıb


Dünya 02 Okt 2019 17:32:00 233 0

Bu ölkədə üzərində brilyant daş olan sikkələr buraxılıb

Qazaxıstan Milli Bankı "Sevilən heyvanlar - köçəri totemləri" silsiləsindən "Üki" (yapalaq) adlı yeni kolleksiya sikkələri buraxıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Bankın məlumatında bildirilir.

Qeyd olunur ki, 5 min və 500 təngə dəyərində olan, habelə melxior ərintisindən düzəldilmiş 200 və 100 təngəlik sikkələr kolleksiyaçılar üçün nəzərdə tutulub. Onların dizaynı "sak tayfasının heyvan təsviri üslubu" əsasında yaradılıb. Bayquşkimilər fəslindən olan yapalaq bir çox xalqlarda müdriklik, bilik və uzaqgörənlik rəmzi hesab olunur. Köçəri tayfalar bu quşu müqəddəs sayıblar və onun insanları bəd nəzərdən qoruyacağına inanıblar.

Milli Bankın məlumatında bildirilir ki, 5 min və 500 təngə dəyərində olan gümüş sikkələr nazik qızıl təbəqə ilə örtülüb və üzərində brilyant daş yerləşdirilib.