Cardiff City təyyarə qəzasında ölən futbolçu üçün ödəniş etmək istəmir


İdman 02 Okt 2019 17:16:00 328 0

Cardiff City təyyarə qəzasında ölən futbolçu üçün ödəniş etmək istəmir

İngiltərənin səviyyəcə ikinci liqasında çıxış edən Uelsin Cardiff City klubu təyyarə qəzasında həlak olan Emiliano Sala ilə bağlı FIFA-nın qərarından razı qalmayıb.

Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, klub rəhbərliyi qərarla başlı İdman Arbitraj Məhkəməsinə (CAS) etiraz edəcəyini bildirib. Açıqlamada həmçinin qeyd olunub ki, Cardiff City FIFA-nın qərarından son dərəcə məyusdur və bunu ədalətsiz hesab edir.

Qeyd edək ki, FIFA Cardiff City-nin Emiliano Sala üçün Fransa Nantes-ına 6 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb. Argentinalı oyunçu qış transfer dövründə Fransa təmsilçisinə keçib. O, Uels klubu tarixində ən bahalı transfer olub. Forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.