MSK Rəfael Cəbrayılovla bağlı qərarını verdi
Digərləri 02 Okt 2019 16:22:14 282 0
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) deputat mandatından imtina edən Rəfael Cəbrayılovun müraciətinə baxıb.
Son.az Trend-ə istinadən bildirir ki, bu gün keçirilən iclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis isə onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar MSK-ya müraciət ünvanlayıb.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.
Mənbə: milli.az