Əri dünyasını dəyişən əməkdar artist EFİRDƏ AĞLADI:


Şou-biznes 02 Okt 2019 15:34:00 259 0

Əri dünyasını dəyişən əməkdar artist EFİRDƏ AĞLADI:

Məşhur qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü "Şou ATV"nin efirində mərhum həyat yoldaşı Zahid Şükürlü ilə bağlı danışarkən gözyaşlarını saxlaya bilməyib.

Son.az xəbər verir ki, əməkdar artist ona "Həyat davam edir" sözləri ilə təsəlli verənlərə bərk qəzəbləndiyini də etiraf edib. Gülbahar səbəbini "Mənim həyat yoldaşım gedib. Həyat necə davam edər?!" sözləri ilə izah edib.

Sənətçi "Ay Zahid, kaş səndən boşanardım. Kaş məni incidərdin, döyərdin, ayrı yaşıyardın, ancaq ölməzdin" ifadələri ilə hər kəsi daha da qəhərləndirib.

Ətraflı videoda:

(adsgarden = window.adsgarden || []).push({});