“Volvo” avtomobilləri geri çağırdı - mühərrikdə yanma təhlükəsi var


Digərləri 02 Okt 2019 15:32:00 198 0

“Volvo” avtomobilləri geri çağırdı - mühərrikdə yanma təhlükəsi var

“Volvo” şirkəti Rusiyada 4,5 minə yaxın avtomobili geri çağırıb

Bakı. "Volvo" şirkəti Rusiyada 4,5 minə yaxın avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar avtomobillərin mühərrikində qeydə alınan qüsurla əlaqədardır. Qeyd olunur ki, mühərrikin plastmass kollektoru bəzi hallarda əriyə bilər, bu isə mühərrik bölümündə yanğına səbəb olar.