Xaçmazın 3 kəndinə qaz verilib (FOTO)


Digərləri 02 Okt 2019 15:39:00 255 0

Xaçmazın 3 kəndinə qaz verilib (FOTO)

Bu gün Xaçmaz rayonunun 3 kəndinə (Seyidlər, Digahoba və Aşağı Ləyər) təbii qaz verilib.

Bakı. Bu gün Xaçmaz rayonunun 3 kəndinə (Seyidlər, Digahoba və Aşağı Ləyər) təbii qaz verilib. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Seyidlər kəndində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Çıxışlarda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial siyasətin tərkib hissəsi olan qazlaşma işləri nəticəsində Xaçmazda da bir çox kəndlər mavi yanacaqla təmin edilib. 2019-cu il üçün qəbul olunan dövlət proqramı əsasında Azərbaycanın bölgələrində bu ilin sonunadək 13 qəsəbə, 23 kənd və 26 yeni yaşayış massivinə mavi yanacaq veriləcək.