Bakıda parkda quldurluq


Kriminal 02 Okt 2019 15:25:00 220 0

Bakıda parkda quldurluq

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Balakişiyev oktyabrın 1-də, saat 22 radələrində A.S.Puşkin küçəsində yerləşən parkda 3 nəfərin onu döyərək içərisində 130 manatı və 2 ədəd mobil telefonu olan çantasını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Sabirabad rayon sakinləri V.Şahmarlı, K.Məmmədli və Gədəbəy rayon sakini İ.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.