Bakının mərkəzindəki hoteldə yanğın:


Digərləri 02 Okt 2019 15:26:03 247 0

Bakının mərkəzindəki hoteldə yanğın:

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli hotel binasında yanğın qeydə alınıb.

Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın zirzəmisində transformatorun sarğıları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunublar.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.