Şimali Koreya Yaponiya istiqamətinə raket atdı


Dünya 02 Okt 2019 15:29:00 285 0

Şimali Koreya Yaponiya istiqamətinə raket atdı

Şimali Koreya Yaponiya istiqamətinə döyüş raketi atıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa məlumat verib.

Şimali Koreyanın atdığı hərbi raketlərdən biri Yaponiyanın Simane prefekturasındakı xüsusi iqtisadi zonaya düşüb. Atılan raket insan təlafatına səbəb olmasa da, balıqçılıq təsərrüfatına ziyan vurduğu iddia edilir.

Yaponiya Müdafiə naziri Taro Kanonun sözlərinə görə, Şimali Koreya bir raket atıb: "Atılan raket sonradan havada  bir neçə yerə ayrılıb".