Beyləqan sakini Bakıda ərlə arvadı barışdırmaq əvəzinə vurub öldürdü


Digərləri 02 Okt 2019 15:17:00 241 0

Beyləqan sakini Bakıda ərlə arvadı barışdırmaq əvəzinə vurub öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda Vəli Behbudovun anlaqsız olduğu, özünü idarə edə bilmədiyi və buna görə də 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi məlum olub. Mərhumun valideynləri isə buna etiraz ediblər. Məhkəməyə polis nəzarətində gətirilən Vəli Behbudov əlləri ilə qulaqlarını tutaraq başını arxaya və önə əyərək heç nə danışmayıb. Onun qanuni nümayəndəsi bildirib ki, Vəli Behbudov heç kimlə ünsiyyətə girmir. Məhkəmə hazırlıq iclasında qərar qəbul edib. Qərara əsasən Vəli Behbudovun xəstə olmadığı qənaətinə gəlinib və buna görə də barəsində həbs qətimkan tədbiri seçilib. Vəli Behbudov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüləcək. Proses oktyabrın 9-da davam edəcək.