Astara xəstəxanasında quduzluğa qarşı vaksin tapılmayıb?


Digərləri 02 Okt 2019 14:44:00 219 0

Astara xəstəxanasında quduzluğa qarşı vaksin tapılmayıb?

Astara rayonunda bir neçə şəxsi it dişləyib.

Son.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən şəxslər rayon xəstəxanasına müraciət edən zaman quduzluq əleyhinə vaksinlərin olmadığını iddia ediblər. Bu isə həmin şəxslər üçün problem yaradıb.

Sayt məlumatı dəqiqləşdirmək üçün xəstəxananın baş həkim müavini Oktay Əmənullayevlə əlaqə saxlayıb. O, it dişləmə ilə bağlı xəstəxanaya müraciətlərin edildiyini təsdiqləyib. Bildirib ki, ötən gün 3 nəfər xəstəxanaya müraciət edib: "Həmin şəxslərə quduzluq əleyhinə vaksin vurulub. Səhiyyə Nazirliyi bu cür hallara qarşı xəstəxananı lazımi dərmanlarla vaxtında təmin edir. Vaksinin olmaması ilə bağlı deyilənlər doğru deyil. 

Həmin şəxslər ambulator müayinə olunaraq evə buraxılıb. İtlər də zərərsizləşdirilib. Ümumiyyətlə, rayon yeri olduğu üçün it dişləmə halları çox olur. Müraciət edənlərə də vaxtında yardım göstərilir".