“Sosiska satmaq istəyən kanallar məşhurlardan istifadə etdi”


Şou-biznes 02 Okt 2019 14:53:00 239 0

“Sosiska satmaq istəyən kanallar məşhurlardan istifadə etdi”

Müğənni və bəstəkar Murad Arif  İTV-də yayımlanan "3D" proqramında qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Eurovision" barədə sualları cavablandırarkən iradlarını dilə gətirib.

"11 dəfə "Eurovision"da təmsil olunmağımıza baxmayaraq, cəmi iki dəfə azərbaycanlı bəstəkarlarla çalışılması rəzalətdir. Azərbaycan musiqisinin təbliğatına bu qədər maraq olmasına rəğmən, onun rəngini göstərə bilmirik. Halbuki bu ölkənin Vaqif Gərayzadəsi, Aygün Səmədzadəsi, Gövhər Həsənzadəsi və digər bəstəkarları var. Üç dəqiqəlik pop mahnı nə şeydir ki... Formatı, ritmi de, mövzunu söylə, biz yazaq da.

Özüm kifayət qədər böyümədiyim üçün bu fikrim görməzdən gəlinir. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı, media bu barədə düşünməlidir".

M.Arif şou-biznesin çirkab kimi təqdim edilməsinin günahını özəl televiziyalarda görüb: