“Bizdə söyüş yoxdur” "Bu şəhərdə" söz atdı
Şou-biznes 02 Okt 2019 14:21:00 306 0
Filmimizi təhvil vermişik. Adı "Şabaş"dır, noyabrda - konsertlərimizdən sonra nümayiş olunacaq.
Bu sözləri axşam.az-a Əməkdar artist Rəfael İsgəndərov deyib.
O söyləyib ki, ekran işi komediya janrındadır:
"Baş rollarda mən və Coşqun Rəhimodur. Filmə peşəkar teatr aktyorları və professional müğənnilər dəvət olunub. Çəkilişlər Bakıda olub. Ramazana düşdüyü üçün bir az çətinlik oldu, amma komanda işinin öhdəsindən gəldi".
"Filminiz digərlərindən nə ilə fərqlənəcək" sualına isə aktyor belə cavab verib:
"Bunu tamaşaçı deyəcək. Onu deyə bilərəm ki, ailə ilə baxılası film çəkmişik. Bizdə söyüş, söyüşə işarə yoxdur. Fərqimiz budur".
Mənbə: milli.az