Quşçuluq ferması yandı


Dünya 02 Okt 2019 14:25:00 292 0

Quşçuluq ferması yandı

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunun Əndərab kəndində quşçuluq ferması yanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin Sərab rayonu polis rəisi polkovnik Tohid Farsi deyib.

T.Farsinin sözlərinə görə, yanğın nəticəsində 2 min ədəd hind toyuğu məhv olub.

Polis rəisi yanğının söndürüldüyünü deyib.