"İnanmayın, müğənnilərin pulu yoxdur"


Şou-biznes 02 Okt 2019 14:30:00 266 0

"İnanmayın, müğənnilərin pulu yoxdur"

Sənətə fikir verən yoxdur. Görün bu gün gündəmdə kim var? Məni hər şeydə aldatmaq olar, amma sənətdə, musiqidə yox.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Samir Piriyev "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi şou-biznes nümayəndələrini tənqid atəşinə tutaraq, onları yalançılıqda ittiham edib:

"Baxırsan ki, adamın nə sənəti, nə zövqü, nə oxumağı var. İki not içində oxuyur və getdi irəli. İndi əvvəlki iş yoxdur. İşlər yarıdan da yarıya enib. Kimsə nəyisə nümayiş etdirirsə, inanmayın, boşdur. Kimsə deyir, güclü pul qazanıram, yalandır. Müğənnilərin artıq əvvəlki kimi pulu yoxdur. Hamı ancaq ehtiyacını ödəyir".