Ağcabədidə avtomobillə qaz xəttini zədələdilər, 400 abonent qazsız qaldı


Digərləri 02 Okt 2019 14:23:00 219 0

Ağcabədidə avtomobillə qaz xəttini zədələdilər, 400 abonent qazsız qaldı

Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.

Bakı. Samir Əli - Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar. Bu barədə Trend "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. Nəticədə adı çəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.