Bakıda ağaclar kütləvi şəkildə kəsilib?


Digərləri 02 Okt 2019 14:16:00 243 0

Bakıda ağaclar kütləvi şəkildə kəsilib?

Bu gün bəzi mətbuat orqanlarında paytaxtın Xətai rayonunda kütəvi şəkildə ağacların kəsilməsi ilə bağlı xəbər yayılıb. Məlumatda hadisənin Y.Səfərov küçəsində baş verdiyi bildirilib.

Son.az xəbər verir ki, oxu.az faktla Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətindən bildirilib ki, məlumat həqiqəti əks etdirmir.

Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Pənah İmanov sözügedən sayta deyib ki, yayılan xəbər və videogörüntü iki il əvvələ aiddir:

"Çəkilən görüntülər Perinatal Mərkəzin arxasında yerləşən binanın həyətində qeydə alınıb. Y.Səfərov küçəsinə düşür. Həmin ərazidə iki il bundan əvvəl belə bir söhbət olmuşdu, ağacları kəsmək istəmişdilər. Lakin icra hakimiyyəti tərəfindən bunun qarşısı alınmışdı.